• 30.03.2020

“Mən bərabərlik nəsliyəm”

 “Mən bərabərlik nəsliyəm”

Bərabərlik anlayışı beynəlxalq səviyyədə gender, dini, etnik, milli və digər mənsubiyyətə baxmayaraq, cəmiyyətin bütün üzvlərinin bütün sahələrdə eyni statusa malik olduğu ictimai quruluş kimi izah edilir.

Buna baxmayaraq, gender məsələsi bir sıra ölkələrdə bu günə qədər həll olunmamış qalır. Bu, sosiologiya, siyasət, əsasən də köhnəlmiş ənənələr və digər sahələrdəki müxtəlif problemlərlə bağlıdır. Təəssüflər olsun ki, bizim cəmiyyətdə də qadınlar indiyə qədər təhlükə altındadırlar. Son ayların xəbərləri ürəkparçaladan və ədalətsizliklə dolu hadisələrlə bağlıdır. Onların çoxu ölümlə – həyata qəsdlə nəticələnib. KİV bunu femisid (qadının cinsinə görə öldürülməsi) adlandırıb və mahiyyət baxımından bunu həqiqət hesab etmək olar.

Dünyanın ən adlı-sanlı filosoflarının daim təkrar etdiyi bərabərlik “zəmanəmizin sensasiyası” olub. “Zəif cins” termini yaranıb ki, bu da diskriminasiya formalarından biridir. Bütün mifologiya və antik dövlətlərə baxsaq, qadınlar hamının hesablaşdığı həlledici fiqurlar, hökmdar və müdafiəçilər olublar.

Bu gün qadınlar ədalət və bərabərlik uğrunda mübarizə ilə assosiasiya olunurlar. Beynəlxalq Qadınlar Günü təsis olunandan uzun illər öncə zəif cinsin nümayəndələri səsvermə hüququnu əldə etmək üçnü mübarizə aparmalı olublar. Bu mübarizə əbəs olmadı. 1863-cü ildə Yeni Zelandiyada qadınlar səsvermə hüququ əldə etdilər. 1917-ci ilə qədər Avstraliya, Finlyandiya, Norveç, Danimarka, İslandiya qadınlar da tam və ya qismən səsvermə hüququna sahib oldular. 1918-ci ildə qadınlara da bu hüququn verildiyi Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olur.

Burada Gürcüstanı da qeyd etmək yerinə düşər. İlk demokratik respublikanın yaradılması zamanı parlamentdə qadın siyasətçilər – Elisabed Bolkvadze, Minadora Toroşelidze, Kristine Şaraşidze, Eleonora Maxviladze, Anna Soloqaşvili də olub. Bu, ölkəmizin tarixinin ağ izlərindən biridir. Və o zaman üçün yaşadığımız regionda demokratiyanın tam təzahürü idi. Parlamentdə dominant etnosla yanaşı milli azlıq nümayəndələri də olub. Bu tarix onunla şərəflidir ki, Gürcüstan Demokratik Respublikasının parlamentində müsəlman dünyasının ilk qadın deputatı, etnik azərbaycanlı Pərixanım Sofiyeva da təmsil olunub.  O, bitərəf namizəd idi. Pərixanımın adı ilə doğma kəndində qatar dayanacağının tikilməsi kimi bir sıra təşəbbüslər bağlıdır.

Pərixanım Sofiyeva

Gürcüstan əsilli qadınlar ölkə hüdudlarından kənarda da tanındı. Onların çoxu Avropa və qonşu ölkələri fəth etdi. Məsələn, bütün dünyanın yüksək ranqlı qadınlarının iştirak etdiyi “Güllər bayramı” adlı ilk gözəllik müsabiqəsində ilk yeri Gürcüstandan olan iştirakçı knyaginya Ekaterina Tarxanmouravi qazanıb. Fransızlar onu “ağ qu quşu” adlandırırdılar. Bu fakt dünya səviyyəsində yüksək qiymət alıb.   

Ekaterina Tarxanmouravi

Gürcüstan yeniliklərə imza atmağı sevir. Belə ki, Azərbaycanın ilk qadın opera müğənnisi Şövkət Məmmədova, ilk qadın rəssam Qeysər Kaşıyeva Gürcüstan əsillidirlər. Hər ikisi Tiflisdə anadan olub. Azərbaycanlı müğənni Fatma Muxtarova isə Gürcüstan SSR-nin ilk azərbaycanlı əməkdar artisti (1936) olub.

Şövkət Məmmədova
Qeysər Kaşıyeva
Fatma Muxtarova

Söhbət açılan qadınlar öz nəsilləri üçün nümunə olan yeganə qadınlar deyillər. Onlar daha çoxdurlar. Həmin qadınlar məqsədlərinə çatdılar və həyatımızın bütün sahələrində – mədəni, siyasi, sosial, idman, moda sahəsində inqilab etdilər. Bu dəfə mən kiçik ölkədə doğulan qadınlara diqqət ayırdım. Bu qadınlar göstərdilər ki, sosial sıxıntı və sabitliyin olmadığı coğrafiyada öz güc, bilik və istedadına arxalanmaq imkanı var.  

Müasir dünyada insanlar qarşısında duran çoxlu sayda çağırışlar mövcuddur və dünya müxtəlif düşərgələrə bölünüb. Qadınlar isə legitim hüquqları uğrunda hələ də mübarizə aparmalı olurlar. Lakin təslim olmaq çıxış yolu deyil və yalnız dinc mübarizə ilə müsbət nəticələrə nail olmaq mümkündür. Bu gün mən öz fikrini demək və ifadə etməyin qorxulu olmadığı dövrdə yaşayıram. İndiki zamanda genderdən asılı olmayaraq bizim hamımız elə bir gələcək qurmalıyıq ki, gələcək nəslə “Mən bərabərlik nəsliyəm” sözlərini fəxrlə deyə bilək.

Müəllif: Gülnarə Səfərli

Digər xəbərlər