• 28.05.2020

Təyinat məntəqəsi – Vyana: İlk səfərin təəssüratları

 Təyinat məntəqəsi – Vyana: İlk səfərin təəssüratları

Avstriyaya yol gözlədiyimdən daha uzun oldu. Reysi dəyişmək və İstanbul hava limanında 4 saat gözləmək məni həddindən artıq yordu. Bu faktı da nəzərə almaq lazımdır ki, üç saat qurşağını dəyişdim.

Memarlıq şoku

Və nəhayət dünyanın tarixi şəhəri, dünyaya bir sıra istedadlı mədəniyyət xadimləri, siyasətçiləri, filosofları bəxş edən Avropanın mədəni paytaxtı olan Vyanadayam. Etiraf edim ki, Tbilisidən sonra Vyanada olarkən memarlıq şoku yaşadım! Ətrafda yalnız nəhəng, gözəl və səliqəli binalar.

Mehmanxana axtarışı ilə Vyananın mərkəzi ilə addımlayarkən bir neçə diqqətəlayiq yerləri görə bildim. Həmin yerlərdən biri Müqəddəs Stefan Kilsəsi idi. Bu tikili Vyananın simvoludur. Onun tikintisinə XII əsrdə başlanılıb. Bu gün bu kilsə Avstriyanın ən əhəmiyyətli Qotik memarlıq incisidir. Kilsənin ikonaları çox təsirli olduğundan gözləri onlardan çəkmək mümkün olmurdu.  Mən və Vyanaya ilk dəfə gələn bir neçə turist incəsənət nümunələrinə heyranlıqla gözlərini zilləmişdilər. Daha sonra öyrəndim ki, şəhərin əsas meydanındakı nənəhg Qotik kilsə yalnız xarici gözəlliyi ilə deyil, çoxsaylı müqəddəs sayılan əşyalarlarla – ikonalar, kilsə ləvazimatları və dünya əhəmiyyətli incəsənət əsərləri ilə də məşhurdur. Bundan başqa, vyanalılar onu “Şteffi” adlandırırlar.

Yolüstü rastalşdığım digər məkan məşhur bəsətakar Motsartın heykəlinin olduğu Burqqarten parkı olur. Bu abidə ətrafında hər zaman turist kütləsinə rast gəlinir. Burqqarten botanika və bağçaçılığa marağı olan imperator Frans I Ştefanın şəxsi tapşırığı əsasında yaradılıb. Kontrast ağaclar bağa xüsusi məftunluq bəxş edir.   

Milli qürur üçün stimulyator

Yol boyu müxtləlif tanınmış avstriyalıların, həmçinin alman yazıçı Götenin də müxtəlif heykəllərinə rast gəlirdim. Vyana küçələri ilə addımlayarkən havada qeyri-adi, təsvir etmək mümkün olmayan nəyinsə hökmranlıq etdiyini hiss edirsən. Riqqət və heyranlıq qəlbdəki hisslərdə üstünlüyə sahib olur. Özünə yalnız bu sözləri deyə bilirsən: mən buaradayam – Avropanın mədəniyyət mərkəzində.

Növbəti iki gün mənim üçün milli qürurum üçün stimulyator olan çox məhsuldar söhbətlər və emosiyalar dənizi hazırlayırdı.

İndi dünya o dərəcədə interaktiv olub ki, buna də əsasən texnoloji inkişaf və qloballaşma imkan yaradıb. Məhz qloballaşma Motsartın torpağında olmağım üçün mayak oldu və mən dünyanın müxtəlif guşələrini təmsil edən qardaş və bacılarımla görüşdüm.

Gənc və uğurlu azərbaycanlılarla görüş mənim üçün böyük motivasiyaya çevrildi. Bir-birimizdən minlərlə kilometr aralı olaraq biz bir məqsədə xidmət edirik – xalqımızı təmsil etmək və onun adını ucaltmaq. Həmişə elə fikirləşirdim ki, Avropa və Amerikada azsaylı xalqların nümayəndələri üçün özünəməxsusluğu qoruyub saxlamaq hər zaman çətindir. Lakin yanılmışam. Bu gənclər fəaliyyətlərinin hər pilləsində öz köklərini unutmurlar. Öz xalqının adını ucaltmağa çalışırlar və əminəm ki, gələcəkdə onlar gələcək nəsillər üçün qürur mənbəyi olacaqlar.

“Heç nə itirilməyib”

İkigünlük vorkşoplar, fikir mübadiləsi, təkliflər yalnız işgüzar mühit deyil, həm də dostluq atmosferi yaradırdı. Müəyyən anlarda belə bir hiss yaranırdı ki, biz hamımız bir tamıq və sarsılmazıq.

Bu səfər təyinat məntəqəsi Vyana oldu.

Və yenidən, müəyyən anlardan sonra özümü Avstriya küçələrindən İstanbul hava limanında tapıram. Yarım saat gecikən reysimi gözləyirəm. Bu vaxt kəsiyində aeroport əməkdaşının sərxoş alman sərnişinləri necə danlamasını eşidirəm.

Və yenidən təyyarənin göyərtəsindən İstanbulun axşam işıqlarını seyr edə-edə Vyananı, həmvətənlərimi, uğurlu azərbaycanlıları yadıma salıram və düşüncələrimdə yalnız bu fikirdir – “Heç nə itirilməyib”.

Müəllif: Gülnarə Səfərli

Tbilisi-Vyana-Tbilisi

Digər xəbərlər