Kiyevdə Saakaşviliyə hücum ediblər

 Kiyevdə Saakaşviliyə hücum ediblər

1 Oktyabr, 2020 | 19:54

Mixeil Saakaşviliyə Kiyevdə restoranda hücum olub.

NewsBureau xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata əsasən, naməlum kişi M.Saakaşvilinin olduğu restorana gizlicə daxil olub və əlində kəsici alətlə ona yaxınlaşıb. Cinayətkar Gürcüstanın keçmiş prezidentini hədələyib.  

M.Saakaşvilinin mühafizəsi həmin şəxsi saxlayıb və hadisə yerinə polis çağırılıb. Lakin hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnə qədər cinayətkar qaça bilib.

Hücumun səbəbləri araşdırılır.

Digər xəbərlər