Dünyada koronavirusa qarşı ümumi peyvəndlənmənin başlayacağı vaxt açıqlanıb

 Dünyada koronavirusa qarşı ümumi peyvəndlənmənin başlayacağı vaxt açıqlanıb

5 Sentyabr, 2020 | 11:04

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı genişmiqyaslı peyvəndlənməyə 2021-ci ilin ikinci yarısında başlamağı planlaşdırır.

NewsBureau xəbər verir ki, bu barədə ÜST rəsmisi Marqaret Xarris bildirib.

Onun sözlərinə görə, preparatın hazırlanmasının üçüncü mərhələsi üçün daha çox vaxt tələb olunacaq.

M.Xarris qeyd edib ki, peyvəndin effektivliyi və təhlükəsizliyi diqqətlə yoxlanılmalıdır:

“Vaksinin sınaqlarının üçüncü mərhələsi daha çox vaxt aparacaq, çünki biz, preparatın xəstəlikdən nə qədər yaxşı qoruduğu və təhlükəsizliyinə əmin olmalıyıq”.

Digər xəbərlər