Dünyada ən bahalı qoyun auksionda satılıb

 Dünyada ən bahalı qoyun auksionda satılıb

30 Avqust, 2020 | 12:10

Dünyada ən bahalı qoyun Şotlandiyada “Scottish National Texel Sale” auksionunda 367,5 min funt sterlinqə (təxminən 490,6 min dollar) satılıb.  

NewsBureau xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.

Teksel cinsindən olan “Double Diamond” (“İkiqat brilyant”) ləqəbli qoyunun ilkin qiyməti 10,5 min funt sterlinq (14 min dollara yaxın) təşkil edib.

Qoyun satışında öncəki rekord 2009-cu ildə Şotlandiyanın Lanark şəhərində qeydə lınıb. O zaman heyvanın qiyməti 213 min funt sterlinq (306,7min dollar) olub.

Böyük Britaniyada teksel cinsli qoyunları ilk növbədə ətlərinin yüksək keyfiyyətinə görə artırmaq üçün bəsləyirlər.

Digər xəbərlər