Ukrayna sərhədlərini əcnəbilər üçün bağlayır

 Ukrayna sərhədlərini əcnəbilər üçün bağlayır

26 Avqust, 2020 | 18:21

Ukraynanın Nazirlər Kabineti dövlət sərhədlərinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müvəqqəti bağlanması barədə qərar qəbul edib.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Arsen Avakov bildirib.

Onun sözlərinə görə, sərhədlər 29 avqust saat 00:00-dan etibarən 28 sentyabr saat 00:00-dək bağlı olacaq.

Müvafiq qərar koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə qəbul olunub.

Ukayna ərazisindən tranzit kimi istifadə edən, təhsil alan, hərbi xidmət keçən, daimi yaşayış icazəsi olan şəxslərə və diplomatlara ölkəyə girişə icazə veriləcək.

Digər xəbərlər