Koronavirus pandemiyasının başa çatacağı vaxt açıqlanıb

 Koronavirus pandemiyasının başa çatacağı vaxt açıqlanıb

21 Avqust, 2020 | 22:21

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) COVID-19 pandemiyasına iki ildən az müddətdə qalib gəlməyin mümkün olacağına ümid edirlər.

NewsBureau xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib.

Onun sözlərinə görə, texnologiyalar bizim üstünlüyümüzdür: “Buna görə də ümid edirik ki, bu pandemiyaya iki ildən az müddətə son qoya biləcəyik. Ələlxüsus da əgər biz səylərimizi birləşdirə bilsək, milli birlik və qlobal həmrəliyə nail olsaq”.

ÜST-in baş katibi koronavirusa qarşı peyvəndin olacağına və infeksiya ilə mübarizədə mövcud alətlərin maksimal istifadəsinə ümid etdiyini qeyd edib.

Digər xəbərlər