Azərbaycanlı “Beeline”nın prezidenti təyin olunub

 Azərbaycanlı “Beeline”nın prezidenti təyin olunub

19 Avqust, 2020 | 16:05

Əslən azərbaycanlı Rəşid Rüstəm oğlu İsmayılov “Vimpelkom” (“Beeline” brendi) şirkətininin prezidenti təyin edilib.

NewsBureau xəbər verir ki, bu barədə şirkətin Direktorlar Şurası qərar qəbul edib.

R.İsmayılov 1965-ci ildə Bakıda anadan olub.

“Vimpelkom” şirkətindən öncə R.İsmayılov yüksək texnologiyalar sektorunda müxtəlif şirkətlərdə çalışıb. O, uzun illər Ericsson, Huawei Technologies və  Nokia şirkətlərinin Rusiya nümayəndəliklərində yüksək vəzifələr tutub.

2014-2018-ci illərdə o, Rusiyanın rəqəmsal inkişaf, rabitə və kommunikasiya nazirinin müavini vəzifəsini tutub.

Digər xəbərlər