Gürcüstanda koronavirusa yoluxmada rekord qeydə alınıb

 Gürcüstanda koronavirusa yoluxmada rekord qeydə alınıb

18 Oktyabr, 2020 | 11:11

Gürcüstanda son sutkada koronavirusa 1 192 yeni yoluxma faktı təsdiqlənib, 233 nəfər sağalıb, 8 pasiyent isə vəfat edib.

NewsBureau xəbər verir ki, bu barədə www.stopcov.ge saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a ümumi yoluxma sayı 17 477-yə çatıb. Sağalanların sayı 8 060, vəfat edənlərin sayı isə 136 olub.

Karantində 6 300, stasionar nəzarətdə 836 nəfər saxlanılır. Xəstəliyi yüngül keçirən 1 388 nəfər isə xüsusi otellərdə müalicə alır.

Digər xəbərlər