Gürcüstanda son sutkada 958 nəfər koronavirusa yoluxub

 Gürcüstanda son sutkada 958 nəfər koronavirusa yoluxub

17 Oktyabr, 2020 | 10:56

Gürcüstanda son 24 saat ərzində koronavirusa daha 958 nəfərin yoluxduğu müəyyən edilib, 214 nəfər sağalıb, 4 pasiyent isə vəfat edib.

NewsBureau xəbər verir ki, bu barədə www.stopcov.ge saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a ümumi yoluxma sayı 16 285-ə, sağalanların sayı 7 827-yə, dünyasını dəyişənlərin sayı isə 128-ə yüksəlib.

Karantində 5 900, stasionar nəzarətdə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 388 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Digər xəbərlər