Qamkrelidze: “Məktəb və bağça müəllimləri koronavirus testindən keçiriləcək”

 Qamkrelidze: “Məktəb və bağça müəllimləri koronavirus testindən keçiriləcək”

16 Oktyabr, 2020 | 12:20

Gələn həftədən etibarən Gürcüstan miqyasında məktəb və uşaq bağçalarının işçi heyətləri arasında koronavirusla bağlı testləmə aparılacaq.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, testlər təsadüfi seçim prinsipi üzrə həyata keçiriləcək: “İki həftədən bir işçilərin təqribən 16%-i testdən keçiriləcək. Tbilisi və bölgələrdə həm özəl, həm də ictimai məktəblər əhatə olunacaq”.

A.Qamkrelidze qeyd edib ki, testlərin aparılması məktəb və uşaq bağçalarında virusun dövriyyə miqyası barədə məlumatlar əldə etmək məqsədi daşıyır.

Digər xəbərlər