Kvemo Kartlidə COVID-19-a sutkalıq yoluxma sayı azalıb

 Kvemo Kartlidə COVID-19-a sutkalıq yoluxma sayı azalıb

16 Oktyabr, 2020 | 12:40

Kvemo Kartlidə son 24 saat ərzində koronavirusa 3 yeni yoluxma halı qeydə alınıb.

NewsBureau xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından bildirilib.

Günlük müqayisədə bölgədə COVID-19-a yoluxma hallarının sayında kəskin azalma olub. Belə ki, ötən gün yoluxma sayı 44 təşkil edib.

Son sutkada Gürcüstan üzrə ən yüksək yoluxma sayı Acarıstan (342 hal), Tbilisi (277 hal) və İmeretidə (198 hal) təsdiqlənib.

Digər xəbərlər