Gürcüstanda koronavirus: 887 nəfər yoluxub, 11 pasiyent ölüb

 Gürcüstanda koronavirus: 887 nəfər yoluxub, 11 pasiyent ölüb

16 Oktyabr, 2020 | 10:57

Son sutka ərzində Gürcüstanda koronavirusa 887 yeni yoluxma faktı təsdiqlənib, 246 nəfər sağalıb, 11 pasiyent isə vəfat edib.

NewsBureau xəbər verir ki, bu barədə www.stopcov.ge saytında bildirilib.

Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 15 327-yə, sağalanların sayı 7 613-ə, vəfat edənlərin sayı isə 124-ə çatıb.

Karantində 5 721, stasionar nəzarətdə 836 nəfər saxlanılır. Xəstəliyi yüngül keçirən 1 090 nəfər isə xüsusi otellərdə müalicə alır.

Digər xəbərlər