Gürcü müxalifətçinin atası koronavirusdan vəfat edib

 Gürcü müxalifətçinin atası koronavirusdan vəfat edib

16 Oktyabr, 2020 | 16:17

Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Levan Varşalomidzenin atası koronavirus səbəbindən vəfat edib.

NewsBureau xəbər verir ki, 81 yaşlı Quram Varşalomidze digər xəstəliklərdən də əziyyət çəkirmiş.

Ona COVID-19 diaqnozu bir neçə gün öncə qoyulub.

Qeyd edək ki, Q. Varşalomidze 1991-1993-cü illərdə Acarıstan Muxtar Respublikasının Nazirlər Kabinetinin rəhbəri olub.

Digər xəbərlər