Bolnisinin 2 kəndinə avtobusla getmək mümkün olub – FOTO

 Bolnisinin 2 kəndinə avtobusla getmək mümkün olub – FOTO

16 Oktyabr, 2020 | 13:00

Bolnisinin Talaveri (Faxralı) və Farizi (Muğanlı) kəndlərinin ictimai nəqliyyat problemi həllini tapıb.

NewsBureau xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

Qeyd olunub ki, Tbilisi Meriyası bələdiyyəyə 5 avtobus hədiyyə edib.

Bu günə qədər hər iki kəndə yalnız “marşrutka”larla getmək mümkün idi. Bu, yer çatışmazlığı yaratdığından yerli sakinlərə mənzil başına çatmaq üçün problem yaradırdı.

Ehtiyac yaranacağı təqdirdə Talaveri və Farizi kəndləri istiqamətlərində xəttə daha 3 avtobus əlavə oluna bilər.

Digər xəbərlər