Azərbaycan səfiri Gürcüstan müsəlmanlarının vəziyyəti ilə tanış olub – FOTO

 Azərbaycan səfiri Gürcüstan müsəlmanlarının vəziyyəti ilə tanış olub – FOTO

16 Oktyabr, 2020 | 14:39

Bu gün Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirin birinci katibi Anar Rəsulov Gürcüstan Müsəlmanları İdarəsində (GMİ) oldular.

NewsBureau xəbər verir ki, bu barədə GMİ məlumat yayıb.

İdarənin ofisində keçirilən görüşdə Şeyx Hacı Ramin İgidov və müfti vəzifəsinin icraçısı Hacı Ayvaz Mərdanov və idarənin Ali Dini Şurasının üzvü Hacı Faiq Nəbiyev və əmkdaşı Oktay İsayev iştirak edib.

Öncə GMİ şeyxi Hacı Ramin İgidov cənab səfir və əməkdaşını salamlayaraq Azərbaycan üçün dua və xoş arzularını, şəhid olan əsgər və mülki şəxslərə rəhmət, ailələrinə isə səbr diləklərini çatdırıb.

Sonra o, Gürüstanda dini vəziyyət, dövlət din və dinlər arası münasibətlər, müsəlmanların dini vəziyyəti haqda ətraflı məlumat verib, İdarənin bir çox xarici ölkələrdəki dini təşkilat və mötəbər qurumlarla əməkdaşlıq etdiyini vurğulayıb. Dövlətin digər dinlərlə yanaşı sağlam İslam dininin yaşaması yönündə göstərdiyi diqqət, dəstək və qayğıdan danışıb. Təmsil etdikləri dini qurumun məqsəd, gördüyü işlər və gələcək fəaliyyəti haqqında geniş məlumat verib.

Hacı Eyvaz Mərdanov və Hacı Faiq Nəbiyev Gürcüstan ictimaiyətinin Azərbaycanda gedən prosesləri davamlı izlədiklərini, ürəklərinin oradakı soydaşlarmızla birgə döyündüyünü dilə gətiriblər. Onlar iki qonşu, qardaş, strateji müttəfiq ölkənin hər sahədə olduğu kimi dini sahədə də əməkdaşlığının olmasının vacibliyini vurğulayıblar.

F.Quliyev öncə səmimi və qonaqpərvər qarşılamaya görə təşəkkür edib. O, Azərbaycan üçün verilən dəstəklərə görə Gürcüstanın dini rəhbərliyinə və ictimaiyyətə minnətdarlığını bildirib. Görüşdən məmnunluğunu ifadə edən səfir verilən məlumat üçün təşəkkür edərək Gürcüstandakı dini vəziyyətlə maraqlandığını, İdarə ilə dini sahədə əməkdaşlığa hazır olduğunu söyləyib.

Digər xəbərlər