Gürcüstanın ali məktəblərində dərslərin bərpa olunacağı tarix açıqlanıb

 Gürcüstanın ali məktəblərində dərslərin bərpa olunacağı tarix açıqlanıb

15 Oktyabr, 2020 | 15:09

Gürcüstanın ali təhsil müəssisələrində tədris prosesi koronavirusa yoluxma sayında artımın olmasına baxmayaraq, oktyabrın 19-da bərpa olunacaq.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria məlumat verib.

“Universitetlərə tövsiyə olunub ki, mümkün olan yerdə distant tədris rejiminə keçilsin. Bunun mümkün olmadığı yerlərdə isə laborator və praktiki dərslər auditoriyalarda təşkil olunacaq”, – o bildirib.

Digər xəbərlər