Gürcüstan hökuməti müsəlman icmasına nə qədər vəsait ayırıb?

 Gürcüstan hökuməti müsəlman icmasına nə qədər vəsait ayırıb?

30 Sentyabr, 2020 | 17:20

Gürcüstanda 2020-ci ilin dövlət büdcəsindən ölkənin müsəlman icmasına ayırılan vəsaitin həcmi 550 min lari (167 min ABŞ dolları) artırılıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyindən bildirilib.

Müsəlman icmasına təqdim olunacaq vəsaitin ümumi məbləğ 2 750 000 lari (834 min dollar) təşkil edəcək.

Agentlikdən qeyd olunub ki, dini icmalar üçün nəzərdə tutulan 4,5 milyon larinin (1,4 milyon dollar) 3,5 milyonu (1,1 milyon dollar) artıq bölüşdürülüb. Müsəlman icmasına 2,2 milyon (667 min dollar), erməni xristian icmasına 600 min (182 min dollar), Roma katolik icmasına 400 min (121 min dollar), yəhudi icmasına isə 300 min lari (91 min dollar) ayırılıb.

Qeyd edək ki, Gürcüstan əhalisinin 11%-i müsəlmanlardan ibarətdir. /Report/

Digər xəbərlər