GAİM: Təcavüzkarlar Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir

 GAİM: Təcavüzkarlar Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir

28 Sentyabr, 2020 | 17:08

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Azərbaycan və Ermənistan arasında baş verən hərbi qarşıdurmalarla bağlı bəyanat yayıb.

NewsBureau xəbər verir ki, bəyanatda yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü bildirilib.

“Axan qanların durması, yeni insan itkilərinin və dağıntıların olmaması üçün yeganə yol təcavüzkarın Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükədir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən, beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir”, – deyə sənəddə qeyd olunub.

Digər xəbərlər