Hacı Yasin Əliyev vəzifəsini tərk edib

 Hacı Yasin Əliyev vəzifəsini tərk edib

26 Sentyabr, 2020 | 18:16

Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev vəzifəsindən ayrılıb.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin yaydığı məlumatda bildirilib.

Müfti öz istəyi əsasında istefa verib. İstefaya səbəb Y.Əliyevin sağlamlığında son zamanlar yaranan ciddi problemlərdir.

Şərqi Gürcüstan üzrə müfti vəzifəsini müvəqqəti olaraq Hacı Eyvaz Mərdanov tutacaq.

Yeni müfti yaxın gələcəkdə GMİ-nin Ali dini şurası tərəfindən seçki yolu ilə müəyyən olunacaq.

Digər xəbərlər