Gürcüstanda ən çox hansı yaşda evlənirlər?

 Gürcüstanda ən çox hansı yaşda evlənirlər?

26 Sentyabr, 2020 | 11:04

Gürcüstan sakinləri əsasən 28-30 yaşlarında nikaha daxil olurlar.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin 2019-cu il üzrə hesabatında bildirilib.

Ötən il ilk dəfə nikah bağlayan qadınların orta yaşı 28, kişilərin orta yaşı isə 31 təşkil edib.

Hesabat ilində Gürcüstanda 23,2 min nikah və 11,2 min boşanma qeydə alınıb. Nikah və boşanmaların böyük hissəsi – 30,1% və 35%-i Tbilisinin payına düşüb.

Nikahın pozulmasına qərar verən qadınların orta yaşı 37-38, kişilərin isə 40 yaşı olub.

Digər xəbərlər