Gürcüstanda taksilərlə bağlı qadağa ləğv oluna bilər

 Gürcüstanda taksilərlə bağlı qadağa ləğv oluna bilər

25 Sentyabr, 2020 | 11:00

Gürcüstanda taksilərdə 3 nəfərdən artıq insanın olması ilə bağlı məhdudiyyət aradan götürülə bilər.  

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili “Palitranews” telekanalına bildirib.

O, bu məsələyə yenidən baxılacağını istisna etməyib.

Qeyd edək ki, hazırda taksidə 3 nəfərdən artıq insanın olması qadağandır.

Digər xəbərlər