Gürcüstanda daha 265 nəfərdə koronavirus aşkarlanıb

 Gürcüstanda daha 265 nəfərdə koronavirus aşkarlanıb

25 Sentyabr, 2020 | 11:17

Gürcüstanda son 24 saat ərzində koronavirusa 265 yeni yoluxma halı qeydə alınıb, 54 pasiyent sağalıb.

NewsBureau xəbər verir ki, bu barədə www.stopcov.ge saytında bildirilib.

Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 4 664-ə, sağalanların sayı isə 1 759-a çatıb. Xəstəlikdən 26 nəfər dünyasını dəyişib.

Hazırda karantin zonlarında 5 584, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır. 781 simptomsuz xəstə xüsusi otellərdə müalicə olunur.

Digər xəbərlər