Türkiyə vətəndaşı Gürcüstana 35 min larilik qızıl əşyaları gizli keçirib

 Türkiyə vətəndaşı Gürcüstana 35 min larilik qızıl əşyaları gizli keçirib

23 Sentyabr, 2020 | 11:11

Gürcütana böyük həcmdə bəyan edilməmiş mal keçirməyə cəhd edən Türkiyə vətəndaşı saxlanılıb.  

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.  

İstintaqla müəyyən olunub ki, əcnəbi vətəndaş Türkiyədən Gürcüstana “Sarpi” gömrük-buraxılış məntəqəsi vasitəsilə gömrük nəzarətindən gizlədilmiş qızıl əşyalar idxal edib.

Gömrükçülər ümumi çəkisi 299 qram olan qızıl əşyaları müsadirə edib. Əşyaların ümumi dəyəri 35 min lari təşkil edib.

Faktla bağlı cinayət işi açılıb. Türkiyə vətəndaşını 5 ildən 7 ilədək həbs gözləyir.

Digər xəbərlər