Tbilisiyə yeni “marşrutka”lar nə vaxt gətiriləcək?

 Tbilisiyə yeni “marşrutka”lar nə vaxt gətiriləcək?

23 Sentyabr, 2020 | 15:38

“180 təqvim günündən sonra Tbilisiyə “Ford” markalı 300 yeni mikroavtobus (“marşrutka”) gətiriləcək”.

NewsBureau xəbər verir ki,  bu barədə şəhər meri Kaxa Kaladze bildirib.

O deyib ki, bu “marşrutka”lar şəhər avtoparkını tam yeniləməyə imkan verməyəcək:

“Mövcud sarı mikroavtobusların yeniləri ilə əvəzlənməsi mərhələli şəkildə həyata keçiriləcək”.

K.Kaladze qeyd edib ki, şəhərdə “marşrutka”ların sayı 3 000-dən 1 200-dək azaldılacaq.

O, nəqliyyat vasitələrinin ilk partiyasının Tbilisiyə bu ilin oktyabrında çatdırılacağını deyib.

Qeyd edək ki, yeni “marşrutka”lar göy metal rəngində olacaq.

Digər xəbərlər