Poniçalada xüsusi əməliyyat: 11 nəfər saxlanılıb – VİDEO

 Poniçalada xüsusi əməliyyat: 11 nəfər saxlanılıb – VİDEO

23 Sentyabr, 2020 | 11:27

Polis Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Nəticədə 11 narkotik alverçisi saxlanılıb.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər sistematik olaraq narkotik vasitələri satıb. Onların yaşadıqları evlərdə aparılan axtarış zamanı heroin tərkibli narkotik vasitələr, pul və mobil telefonlar müsadirə olunub.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Digər xəbərlər