Gürcüstanda koronavirusa yoluxmada yeni rekord göstərici qeydə alınıb

 Gürcüstanda koronavirusa yoluxmada yeni rekord göstərici qeydə alınıb

23 Sentyabr, 2020 | 10:50

Gürcüstanda son sutkada daha 227 nəfərdə koronavirus aşkarlanıb, 69 pasiyent sağalıb, 1 nəfər isə vəfat edib.

NewsBureau xəbər verir ki, bu barədə www.stopcov.ge saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a ümumi yoluxma sayı 4 140-a, sağalanların sayı isə 1 643-ə çatıb. Xəstəlikdən 24 nəfər vəfat edib.

Hazırda karantində 5 390, tibbi nəzarətdə isə 836 nəfər saxlanılır. 640 simptomsuz xəstə isə otellərdə müalicə olunur.

Digər xəbərlər