Batumidə 25 hamilə qadın koronavirusa yoluxub

 Batumidə 25 hamilə qadın koronavirusa yoluxub

23 Sentyabr, 2020 | 12:29

Batumidə koronavirus diaqnozu qoyulan hamilə qadınların sayı 25-ə çatıb.

NewsBureau xəbər verir ki, şəhərin Doğum Evindən bildirilib.

Pasiyentlərdə xəstəlik simptomsuz keçir.

Qadınlardan biri artıq qeysəriyyə əməliyyatı olunub. Körpə koronavirusla bağlı test olunub, nəticələr hələ məlum deyil.

Qeyd edək ki, Acarıstanda son sutkada koronavirusa 165 yeni yoluxma halı qeydə alınıb.

Digər xəbərlər