Tbilisidə harada ödənişsiz koronavirus testi vermək olar?

 Tbilisidə harada ödənişsiz koronavirus testi vermək olar?

22 Sentyabr, 2020 | 20:08

Tbilisidə bütün arzu edənlər koronavirusla bağlı ödənişsiz testdən keçirilə bilərlər.

NewsBureau xəbər verir ki, bunun üçün şəhərdə Ədliyə Evinin yaxınlığında xüsusi məkan yaradılıb.

Baş epidemioloq Amiran Qamkrelidze bildirib ki, testlərin həyata keçirilməsinə bu gündən başlanılıb. Müayinə sabah da davam edəcək.

Bu cür testlənmənin aparılmasının məqsədi paytaxtda infeksiyanın yayılma intensivliyinin müəyyən edilməsidir.

Digər xəbərlər