Kutaisidə qarət: Pulla dolu seyf oğurlanıb

 Kutaisidə qarət: Pulla dolu seyf oğurlanıb

22 Sentyabr, 2020 | 16:47

Kutaisidə İlya Çavçavadze prospektində “Intelexpress” mikromaliyyə təşkilatından oğurluq olub.

NewsBureau xəbər verir ki, naməlum şəxslər binaya çoxmərtəbəli binanın zizəmisindən daxil olublar.

Oğrular ofisə zirzəminin tavanında dəlik açmaqla daxil olublar.

Hadisə zamanı yarım milyon lari pul və qiymətli əşyaların olduğu seyf aparılıb.

Siqnalizasiya işə düşəndən sonra hadisə reyinə mühafizəçilər gəlib. Lakin ofisin qapı və pəncərələri zədələnmədiyindən onlar insident yerini tərk ediblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. İnsidentlə bağlı istintaq tədbirləri həyata keçirilir.

Digər xəbərlər