Gürcüstan qrip əleyhinə 135 min doza peyvənd alıb

 Gürcüstan qrip əleyhinə 135 min doza peyvənd alıb

22 Sentyabr, 2020 | 20:29

Gürcüstan qripə qarşı 135 min doza peyvənd alıb.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlmalıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, vaksinin ilk partiyası oktyabrın əvvəlində ölkəyə çatdırılacaq və peyvəndləməyə başlanılacaq.

A.Qamkrelidze deyib ki, peyvənd Fransada istehsal olunub.

Qeyd edək ki, dövlətin aldığı peyvənd risk qrupuna daxil olan şəxslər (hamilələr, yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olan) üçün nəzərdə tutulub.

Digər xəbərlər