Bakıda Gürcüstan vətəndaşı özünü öldürmək istəyib

 Bakıda Gürcüstan vətəndaşı özünü öldürmək istəyib

22 Sentyabr, 2020 | 19:39

Bakıda intihara cəhd hadisəsi baş verib.

NewsBureau xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən “Reymon” otelində qeydə alınıb.

Gürcüstan respublikasının vətəndaşı, 1964-cü il təvəllüdlü Milkoşvili Levon Giorgiya oğlu bıçaqla özünə xəsarətlər yetirib. Yaralı çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarnının ön divarının və hər iki saidin çoxsaylı kəsikləri diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub və həkim nəzarətində saxlanılır.

Hadisənin təfərruatı araşdırılır. /Report/

Digər xəbərlər