Rustavidə məktəb həyətində kütləvi dava və atışma olub

 Rustavidə məktəb həyətində kütləvi dava və atışma olub

17 Sentyabr, 2020 | 10:08

Ötən gecə Rustavidə 15-ci mikrorayonda yerləşən 4 saylı məktəbin həyətində kütləvi dava olub.

NewsBureau xəbər verir ki, bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.

İnsidentdə 40-ya yaxın şəxs iştirak edib. Qarşıdurma zamanı odlu silahdan bir neçə dəfə atəş açılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Polis iki gənci saxlayıb. Onlardan biri dava zamanı xəsarət aldığına görə xəstəxanaya yerləşdirilib. Gəncin vəziyyəti qənaətbəxşdir.

Məktəbin əməkdaşları bildiriblər ki, kütləvi davada iştirak edənlər təhsil müəssisəsinin şagirdləri olmayıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər