IRI: “Gürcü Arzusu” – 36%, VMH – 15%

 IRI: “Gürcü Arzusu” – 36%, VMH – 15%

17 Sentyabr, 2020 | 11:12

Gürcüstanda rəyi soruşulanların 36%-i parlament seçkilərində “Gürcü Arzusu”nu, 15% isə Vahid Milli Hərəkatı dəstəkləyəcək.  

NewsBureau xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda apardığı icitmai rəy sorğusunun nəticələrində bildirilib.

Yerdə qalan səslər belə bölünüb:

Avropalı Gürcüstan – 4%

Vətənpərvərlər Alyansı – 4%

Aqmaşenebeli Strategiyası – 4%

Leyboristlər – 3%

Sorğuda iştirak edənlərin 23%-i “bilmirəm” və ya “cavab yoxdur” deyə rəy bildiriblər.

Qeyd edək ki, sorğu bu ilin avqustun 4-dən 21-dək birbaşa müsahibə yolu ilə 1 500 respondent arasında keçirilib.

Digər xəbərlər