Qardabanidə məktəbdə yanğın olub

 Qardabanidə məktəbdə yanğın olub

16 Sentyabr, 2020 | 11:57

Qardabani rayonunda 3 saylı ictimai məktbədə yanğın baş verib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə oluması Xidməti məlumat yayıb.

Yanğın barədə məlumat daxil olan kimi əraziyə dərhal yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının 4 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən otaqda baş verdiyi müəyyən edilib.

Azərbaycandilli məktəbin müəllim və şagirdləri təhlükəsiz şəraitdə məktəb binasından təxliyə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Digər xəbərlər