Təhsil Nazirliyi: 1 577 məktəbdə dərslər siniflərdə bərpa olunub

 Təhsil Nazirliyi: 1 577 məktəbdə dərslər siniflərdə bərpa olunub

15 Sentyabr, 2020 | 14:37

Bu gündən Gürcüstanda 2 085 dövlət və 220 özəl məktəbdən 1 577-də yeni dərs ili ənənəvi qaydada siniflərdə bərpa edilib.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyindən bildirilib.

730-a yaxın ümumtəhsil müəssisəsində isə dərslərin distant formatda keçirilməsinə başlanılıb.

Nazirlikdən qeyd olunub ki, bütün ictimai məktəblər tibbi maska, dezinfeksiyaedici vasitələr və distant termomertlərlə təchiz olunub.

Digər xəbərlər