Qoridə Azərbaycan-Gürcüstan futbol matçı keçiriləcək

 Qoridə Azərbaycan-Gürcüstan futbol matçı keçiriləcək

15 Sentyabr, 2020 | 12:22

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Gürcüstanla keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.

NewsBureau xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Qarşılaşma oktyabrın 13-də saat 19:00-da Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək.

Digər xəbərlər