Kvemo Kartlidə təbii artım azalıb

 Kvemo Kartlidə təbii artım azalıb

15 Sentyabr, 2020 | 11:27

Bu ilin yanvar-iyun aylarında Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində təbii artım 457 nəfər təşkil edib.

NewsBureau verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə təbii artım 81 nəfər azalıb.

Hesabat dövründə Kvemo Kartlidə 682 nikah, 285 boşanma faktı qeydə alınıb. Nikah və boşanmaların sayı illik müqayisədə müvafiq olaraq 507 271 hal azalıb. /Report/

Digər xəbərlər