Komitə sədrindən Gürcüstan vətəndaşlarına müraciət: “Öpüşüb görüşməkdən çəkinin”

 Komitə sədrindən Gürcüstan vətəndaşlarına müraciət: “Öpüşüb görüşməkdən çəkinin”

15 Sentyabr, 2020 | 13:48

Gürcüstan parlamentinin Səhiyyə komitəsinin sədri Dimitri Xundadze ölkə vətəndaşlarına müraciət edib.

NewsBureau xəbər verir ki, o, hamını əl sıxıb, xüsusən də öpüşüb görüşməkdən çəkinməyə çağırıb.

Deputat bildirib ki, bu yolla görüşmək koronavirus infeksiyasına yoluxma riskini artırır: “Gəlin ehtiyatlı olaq. Seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün hamımız məsuliyyət daşıyırıq”. /IPN/

Digər xəbərlər