Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 170-ə çatıb

 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 170-ə çatıb

15 Sentyabr, 2020 | 10:41

Gürcüstanda daha 170 nəfərə koronavirus diaqnozu qoyulub.

NewsBureau xəbər verir ki, bu barədə www.stopcov.ge saytında bildirilib.

Bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 2 562-yə çatıb. Həmin şəxslərin 1 369-u sağalıb, 19-u isə vəfat edib.

Hazırda  6 633 nəfər karantində, 836 nəfər isə tibbi nəzarətdə saxlanılır.

Digər xəbərlər