Uşaqlar üçün 200 larinin alınması üzrə qeydiyyat start götürüb

 Uşaqlar üçün 200 larinin alınması üzrə qeydiyyat start götürüb

15 Avqust, 2020 | 10:30

Bu gündən Gürcüstanda 18 yaşadək uşaqlar üçün 200 lari həcmində birdəfəlik maddi yardımın alınması üzrə qeydiyyat prosesi başlayıb.

NewsBureau xəbər verir ki, qeydiyyatın aparıldığı https://daxmareba.moh.gov.ge/ saytı aktivləşdirilib.

Qeydiyyat prosesi dekabrın 1-dək davam edəcək. Pul vəsaitlərinin uşaqların valideynləri və ya qanuni nümayəndələrinin bank hesablarına sentyabr ayından etibarən köçürülməsinə başlanılacaq.

Xatırladaq ki, ötən gün qeydiyyat qaydaları elan olunub.

Digər xəbərlər