Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artıb

 Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artıb

15 Avqust, 2020 | 10:41

Gürcüstanda son sutkada koronavirusa 15 yeni yoluxma halı qeydə alınıb, 3 pasiyent sağalıb.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 321-ə, sağalanların sayı isə 1 088-ə çatıb. Xəstəliyə tutulan 17 nəfər vəfat edib, 216 aktiv xəstənin müalicəsi isə davam etdirilir.

Hazırda karantində 7 597, stasionar nəzarətdə isə 261 nəfər saxlanılır.

Digər xəbərlər