Qamkrelidze: “Təlaşa düşməyə əsas yoxdur”

 Qamkrelidze: “Təlaşa düşməyə əsas yoxdur”

14 Avqust, 2020 | 16:50

Gürcüstanda epidemioloji vəziyyət idarə olunandır və təşvişə əsas yoxdur.

NewsBureau xəbər verir ki, bunu ölkənin Xəstəiklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, tədris prosesinin təxirə salınması, şəhərlərə giriş-çıxışın bağlanılması ilə bağlı tövsiyələrin verilməsi planlaşdırılmır:

“Son günlərin yoluxma halları təlaşa düşməyə əsas vermir. Biz normal həyat ritminə qayıtmışıq və belə də olmalıdır. Koronavirus sabah və ya biri gün yox olmayacaq. Biz virusla birgə yaşayışa alışmalıyıq. İnsanlar kütləvi halda toplanmamalı, izdihamlı toy, yas və digər bu kimi tədbirlər təşkil etməməlidirlər”.

Digər xəbərlər