Batumidə gənc karantindən qaçmağa cəhd edib, vəziyyəti ağırdır

 Batumidə gənc karantindən qaçmağa cəhd edib, vəziyyəti ağırdır

14 Avqust, 2020 | 17:03

Batumidə mehmanxanaların birində yaradılan karantin zonasında insident baş verib.

NewsBureau xəbər verir ki, 1993-cü il təvəllüdlü Gürcüstan vətəndaşı F.C. adlı şəxs dördüncü mərtəbədən tullanaraq xəsarətlər alıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin şəxs ötən gün Gürcüstana Türkiyədən “Sarpi” sərhəd-buraxılış məntəqəsi vasitəsilə daxil olub. Bundan sonra o, məcburi karantin üçün Batumidəki otellərdən birinə yerləşdirilib.

Qeyd olunub ki, gənc naməlum səbəblərdən özünü qeyri-adekvat və aqressiv aparıb və qəflətən 4-cü mərtəbədən otelin daxili həyətinə hoppanıb.

O, xəsarətlərlə Batumi Beynəlxalq Hospitalına çatdırılıb.

Gəncin hazırkı vəziyyəti ağırdır. O, reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı istintaq aparılır.

Digər xəbərlər