Qaracalar sakinində koronavirusla yanaşı Sibir xorası da aşkarlanıb

 Qaracalar sakinində koronavirusla yanaşı Sibir xorası da aşkarlanıb

12 Avqust, 2020 | 18:41

Qardabaninin Qaracalar kənd sakini olan qadının koronavirusla yanaşı Sibir xorasına da yoluxması təsdiqlənib.

NewsBureau xəbər verir ki, bu barədə Azadlıq radiosunun Gürcüstan xidməti məlumat yayıb.

Qadın Sibir xorasına xas olan əlamətlərlə avqustun 11-də Rustavi şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Pasiyentin yüksək hərarəti olub və o, Sibir xorası və koronavirusla bağlı tibbi müayinədən keçirilib. Hər iki halda testin cavabı pozitiv olub.

Azadlıq radiosu qeyd edib ki, Qaracalar və bir neçə qonşu kənddə 2000-ci illərin əvvəllərində Sibir xorası geniş yayılıb.  

Digər xəbərlər