• 10.08.2020

Tbilisinin daha iki bazarında COVID-19 testi aparılacaq

 Tbilisinin daha iki bazarında COVID-19 testi aparılacaq

2 Avqust, 2020 | 11:00

Tbilisidə “Dinamo Arena” stadionu yaxınlığındakı mərkəzi bazar və “Eliava” tikinti materialları bazarında işləyən satıcılar koronavirus testindən keçiriləcəklər.

NewsBureau xəbər verir ki, bu barədə  Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, obyektlərin hər birində 500 nəfər test olunacaq:

“Dinamo bazarında artıq 300 nəfər testdən keçirilib. Virusa yoluxma halı aşkar edilməyib. Buna görə də hesab edirik ki, epidemioloji vəziyyət idarə olunandır”.

Qeyd edək ki, iyulun 24-dən etibarən Lilo bazarında çalışanların hərarətləri ölçülür.

Digər xəbərlər