• 10.08.2020

Qaracalarda etiraz: Sakinlərə nə söz verilib?

 Qaracalarda etiraz: Sakinlərə nə söz verilib?

31 İyul, 2020 | 18:52

Karantin rejiminin qüvvədə olduğu Qardabaninin Qaracalar kəndinin sakinlərinə kənd təsərrüfatı məhsullarını topdan satış bazarlarına çıxarmağa icazə veriləcək.

NewsBureau xəbər verir ki, bunu Kvemo Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bunun üçün onlar əvvəlcə koronavirusu sürətlə aşkarlayan test verməli olacaqlar və daha sonra patrul polisinin müşayiəti ilə bazarlara yollanacaqlar.

Qaracalardan göyərti və tərəvəz məhsullarının alışı ilə özəl şirkət məşğul olurdu. Lakin sakinlər təklif olunan qiymətdən narazıdırlar.

Xüsusi rejim başa çatana qədər Qaracalarda yaşayan 85 sosial təminatsız ailəyə ərzaq yardımı da söz verilib.

Sərt karantin rejiminin ləğvinə gəlincə, qubernator deyib ki, bu, ilk inkubasiya dövrünün başa çatmasından sonra – ən azı bir həftə sonra baş verə bilər.

Xatırladaq ki, bu gün Qaracalar sakinləri karantin rejiminin ləğvi tələbi ilə aksiya keçiriblər.

Digər xəbərlər