• 10.08.2020

Qaracalara məlumatlandırıcı vərəqələr çatdırılıb

 Qaracalara məlumatlandırıcı vərəqələr çatdırılıb

31 İyul, 2020 | 13:39

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifəsini icra edən Lia Giqauri bu gün Qaracalar kəndində olub.

NewsBureau xəbər verir ki, o, Qardabani bələdiyyəsinin rəhbərliyinə gürcü və Azərbaycan dillərində nəşr olunan 5 mindən çox koronavirusla bağlı məlumatlandırıcı vərəqə təqdim edib.

L.Giqauri deyib ki, Qaracalarda məlumatlandırma kampaniyasına start verilib: “Proqramda həm yerli idarəetmə orqanları, həm də qubernatorun idarəsinin nümayəndələri iştirak edirlər”.

Onun sözlərinə görə, informasiya təqdim etməklə yanaşı vətəndaşları koronavirus təhlükəsinin real olduğuna və virusun yayılmasının qarşısını almaq üçün hər bir vətəndaşın məsuliyyət daşıdığına inandırmaq vacibdir.

Digər xəbərlər