• 10.08.2020

Gürcüstanda matsoniyə status verilib

 Gürcüstanda matsoniyə status verilib

31 İyul, 2020 | 15:04

Gürcüstanda matsoninin (qatıq) hazırlanması və istehlakı ənənələrinə qeyri-maddi mədəni irs abidəsi statusu verilib.

NewsBureau xəbər verir ki, bununla bağlı Gürcüstanın Mədəni İrsin Mühafizəsi Milli Agentliyinin baş direktoru Nikoloz Antidze müvafiq əmr imalayıb.

Bildirilib ki, maraqlı tərəf qərardan onunla tanış olandan bir ay sonra şikayət verə bilər.

Qeyd edək ki, matsoni fermentləşdirilmiş süddən hazırlanır. Müxtəlif xalqlarda bu qida məhsulunun hazırlanma texnologiyası fərqlənir.

Digər xəbərlər