Gürcüstanda koronavirusla bağlı son statistika açıqlanıb

 Gürcüstanda koronavirusla bağlı son statistika açıqlanıb

31 İyul, 2020 | 09:49

Gürcüstanda son sutkada koronavirusa 8 yeni yoluxma halı qeydə alınıb, pasiyent isə sağalıb.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, ölkədə bu günədək COVID-19-a yoluxanların ümumi sayı 1 168-ə, sağalanların sayı isə 940-a çatıb. 17 nəfər isə xəstəlikdən vəfat edib.

Hazırda ölkə üzrə karantində 6 489, tibbi nəzarətdə isə 337 nəfər saxlanılır.

Digər xəbərlər